SAPPHIRE RESIDENCE
Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov prospekti, A. Şaiq və S. Tağızadə küçələrinin kəsişməsində yüksələn Sapphire Residence — biznes və lüks sinfinə aid, şəhərin ritmini yüksək komfort və zərif memarlıqla birləşdirən eksklüziv yaşayış layihəsidir.
Layihə "Alians Development" tərəfindən həyata keçirilir. Tikintisinə 2026-cı ildə start verilmiş layihənin, 2028-ci ildə təhvil verilməsi planlaşdırılır.
Kompleks Mərkəzi Parka bir addımlıq məsafədə yerləşir. Mənzillərdən Bakı gecələrinin panoramasına, şəhər mənzərəsinə və Xəzər buxtasına açılan möhtəşəm görüntülər təqdim olunur.
1 otaqlı mənzillərdən geniş penthauslara qədər zəngin seçim mövcuddur. Yüksək tavanlar və vitraj pəncərələr interyerdə maksimum işıq və genişlik hissi yaradır.
Sapphire Residence — şəhər mərkəzində məhdud sayda təkliflərlə formalaşan, prestij və davamlı dəyər vəd edən layihədir.
Həyatın ən yüksək mərtəbəsinə xoş gəlmisən!
































